Uşağın cinsini hesabla
February 19, 2018
Uşağın cinsini müəyyən etmək hər bir ana üçün sadədir. Bəzən ucqar biryerdə yaşayırıq, müvəqqəti yaxud daimi və tez-tez müayinə ola bilmirik. Hamilə olduğumuzu öyrənən kimi ağıla gələn ilk şey onun sağlam doğulması və Allaha min şükür, ikinci beynimizi hətta bizdən çox qohum-qonşunu maraqlandıran nüans uşağın cinsidir. Müayinəyə gedə bilməsəniz, yaxud da həkiminiz buna görə sizdən əlavə pul tələb etsə məyus olmayın. Özünüz də uşağın cinsini hesablaya bilərsiniz.
Buyurun.
Sizə bu yazımda Rusiyada həkimlərin tez-tez istifadə etdiyi və 100% qaranti ilə nəticə aldığı uşağın cinsini müəyyən etmək üçün hesablama metodu təqdim edəcəm. Beləliklə, unutmayın ki rəqəmlərininiz dəqiq olmalıdır, çünki ona böyük önəm verilir. Mayalanma tarixində tam neçə yaşda olmusunuz onu dəqiq seçin, məs. əgər siz 2 aydır hamiləsiniz və keçən ay ad gününüz olubsa təzə yaşınızı yox, sırf mayalanma vaxtı (yəni hamilə qalanda ) yaşınız nədisə onu götürürsünüz. Tam yaşınızın üzərinə hamilə qaldığınız ili və ayı gəlirsiniz və 9 ilə toplayırsınız. 9-hamı üçün dəyişməzdir, bu hamiləlik müddətini göstərir. Son nəticə cüt rəqəm aldınızsa (məs. 80, 74 və sair.) QIZ, tək rəqəmdisə (məs. 81, 75 və sair.) OĞLUNUZ olacaq.
Sizə hesablamanı asanlaşdırmaq üçün bir nümunə verəcəm. Məsələn, mən 1992-ci il yanvarın 21 doğulmuşam, 2018 fevralın 10 isə mayalanma baş verib və mən hamilə sayılıram. Deməli, mən hamilə olanda 26 yaşım vardı və beləliklə 26+18+2+9=55 aldım, yəni oğlum olacaq. Burdakı 18- 2018-dəki sonluqdur, 2- fevralı ikinci ayı göstərir.
Çalışdım ki, anlaşıqlı izah edim kimsə başa düşməsə aşağıda yazıb soruşsun, UTANMASIN.
😊😊😊😊😊😊😊😊😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.😵😵😵😵😵 😋😋😋😋😋Paylaşın ki, əzizləriniz də faydalansın.👁👁👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.👽 👽 👽 👽 👽 🌙🌙🌙🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.
It is good to start something new, if need extra information you can add some comments and I will answer.
0 comments