Evdar xanımlar üçün pul qazanmağın yolları

May 04, 2018




Salam dostlar bu dəfə evdə pul qazanmaq haqqında yazacam.
Hər bir xanım həm hobbi, həm də qazanc vasitəsi kimi gördüyü işdən gəlir əldə etmək istəyir.

Əgər hərhansı bir musiqi alətində ifa edə bilirsizsə Aliexpressdən bir mikrafon və kamera sifariş verin. İstədiyiniz əsri ifa edib youtube yerləşdirin, narahat olmayın zamanla həm özünüzü həm də gördüyünüz işi mükəmməl edəcəksiz. Bu üsul ilə adsense pul qazana və məşhur ola bilərsiniz.

Əgər mənim kimi tortlar və əla salat şirniyyatlar bişirə bilirsizsə ev üsulu bişmələri qohum-qardaşa, qonum-qonşuya car çəkin. Zamanla ətrafınıza elə müştəri kütləsi yığışacaq ki arı kimi çalışmalı olacaqsız. Bişirdiyiniz məmulatların şəklini çəkib instagrama da qoya bilərsiz və kiçik videolar kimi internetə də yerləşdirmək olar.





Dırnaq qaynağı etməyi****saç-makyaj****vizaj  işi öyrənin ya youtube-den ya hansısa ustadan, kiməsə möhtac ac-yalavac gəzməkdənsə əlli min dəfə yaxşı işdir. Steril etmək üçün cihazları Sədərək ticarət mərkəzindən və 28də Dəmiryol xəstəxanası tərəfdən ala bilərsiz elə də baha deyil. Evdə xidmət göstərib gündəlik xərclik qazana bilərsiz.

Kitab yazmağa başlayın möhtəşəm fantaziyanız varsa heç şübhəsiz bir gün hamı sizi oxuyacaq.

Güllər ilə aranız yaxşıdırsa dibçək gülləri***hədiyyələr***kitablar biznesinə girişin, fb-da gül qrupları var orda alış-veriş edə bilərsiz amma bir az incə işdir.

Nəsə toxuya bilirsizsə yaxud muncuqlardan heyrıtamiz aksessuarlar və hədiyyələr düzəltməq qabiliyyətiniz varsa evdəcə bu işə başlıyın. Çünki handmad işlərin əvəzi yoxdur və heç vaxt dəbdən düşməz, onlara təlabat həmişə var. Sizin müştəri probleminiz olmayacaq-düzəltdiyiniz əşyaları dükanlara da sata bilərsiz.

Yetər ki siz istəyin, hər şey alınacaq!



😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.




👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
 🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images