Kosmetik
♡məsləhətlər♡
March 26, 2018
Photo-Emily Soto |
Üzünüzdə sızaq çıxıbsa sıxmayın, çünki partlatdığınız sızaq bir mikrob qaynağına çevrilir və siz dəridə yara açmış olursunuz. Bütün dünyada bu belədir. Yox əgər, əliniz dinc durmayıbsa onda yaranı yuyun saveguard sabunu ile ve təmiz pambıq dəsmalla ehmalca qurlayıb sızanağın üstünə tetrasiklin mazı sürtün, sarı rəngi var. Gündə 3 dəfədən 3 gün etmək məsləhətlidir.
Dərinizdə adi sapla yaxud mumla epilyasiyadan sonra qızartı yaranıbsa onda üzünüzə bepanen mazı çəkin və dəriniz yaxşılaşacaq.
Dəridə qırışlar varsa effektiv vasitə kimi cinkovaya maz göstərə bilərəm. Bu mazı üzünüzə çəkirsiniz və 30 dəq saxlayıb ilıq su ilə yuyun. Digər istifadə forması isə gündə 3 dəfə üzə çəkmək hərəsində 2saat saxlayıb yumaqdır. Hər dəfə yalnızca yuyulmuş və qurudulmuş dəri üçün istifadə etmək lazımdır. Mazdan istifadə etsəniz bir başa açıq günəş şüaları ilə təmas etməkdən çəkinin.
Digər bir maz qidrokortizan olacaq ki, bu da sizin dərinizdə qırışları açan və hətta deyərdim botoks effekti yaradan bir mazdır.Cinkovaya mazla eyni cürdür istifadə qaydası.
Məsamələrə qarşı şalfey yağından istifadə edə bilərsiniz onu limon suyu ilə qatıb üzünüzə çəkin.Əvvəlcədən qeyd edim ki, şalfeyin çox xeyri var amma çəkilməz qoxusu var, hətta tam bir günlük qoxusu getmir və bu əsas mənfi cəhətidir.
Məsamələrə qarşı bir vasitə də ispanaq tozu ilə bir çay qaşığı zeytun yağını üzə çəkib 20 dəq gözlədib ilıq su ilə yumaqdır.
Solkoseril mazı da məsamələrə qarşı ela bir mazdır, həm də bildiyimə görə kollagen və qidalandırma funksiyaları da var ki, gündəlik istifadə üçün uğurlu seçimdir.
Göz altı qaralar da bir baş bəlasıdır. Amma necə də olsa həll etmək üçün vasitələr var.Buyurun bir reseptə bir çay qaşığı kefir ilə bir çay qaşığı sarıkökü qarışdırıb göz altına maska edin 20-30 deqiqəlik və effekti özünüz görəcəksiniz.
Qeparinovaya mazdan da istifadə etməklə göz altı qaralardan, mor ləkələrdən canınızı asanlıqla qurtara bilərsiniz.
Qeyd edim ki, yazdığım mazlar qəpik-quruşa satılır və keyfiyyətinə söz ola bilməz, illərin sınağından çıxmış Rusiya istehsalı olan mazlardır.
Üzünüzü qidalandırmaq üçün bir çay qaşığı zeytun yağı ilə hər gün yatmazdan əvvəl xəfif masaj edərək dəriyə yedirməyiniz məsləhətdir.
Bu yazının ardı olacaq və yazı kasmetoloq rəfiqəmin köməyi ilə ərsəyə gəlmişdir.
😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
👽 Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur. It is good to start something new, if need extra information you can add some comments and I will answer.
0 comments