Təbii
♛ŞARM♛
March 28, 2018
Photo-Pavel Lepeshev |
Gözəl görsənmək həmişə çoxsaylı makeup deyil. Gözəllik təbii olmalıdır və içdən gələn işıq bədənə süzülməlidir. Nəzərə alsaq ki, Azərbaycan xanımları hətta dükana night makeup ilə gedir onda mövzunu bağlaya bilərik. Amma, əsl şarm səmimi ortamlarda sonsuz təbii gözəllik və cazibədir.
Hamımız gözəlik, amma hamımız baxımlı deyilik və gözəlliyimizin qayğısına qalmırıq.Bəzən isə baxımlı olmağı tam yanlış anlayırlar, copy paste kimi şəhərdə hamıda eyni qaş tatirovka, dırnaq qaynağı, eyni formada gelli dodaq və sair...Bizə özəl. bizə məxsus heç nə qalmır hətta saçlar qaynağ....Bizi biz edən məxsusi heç nə qalmır, eyni maskalı klon kimi, nəsə.
Şəxsən çox faydasını gördüyüm maskalardan yazacam. Bunlardan biri də vodkadır, gündəlik pambıq diskini naçionalnaya vodkası ilə isladıb üzümü yaxşıca silirəm. Dərini ağardır, məsamələri 3 günə gözlə görəcək qədər yığır, qan dövranını üz dərisindəki kapilyarlarda sürətləndirir.Daha sonra garnier yağlı dəri üçün üzə qulluq mazını vururam. Dəriniz çox həssasdırsa bir xörək qaşığı vodkaya eyni miqdarda su töküb üzünüzü elə silin.İsənilən miselar sudan daha effektivdir və pulse menim derim yağlı katiqoriyasındadır amma sabunla yusam qabıq qoyur, vodka ilə siləndə isə çox gözəl olur.
Ole Henriksen buz kubu düsturu da sizin üçün əvəzsiz ola bilər. Bir stəkana itburnu çiçəyi, nanə qoyun və yaısınadək qaynar su töküb dəmlənməyə bir qırağa qoyun, ağzına bir nəlbəkicik qoyun ki. buxarı uçmasın , çünki distilə olunmuş su və aromat, efir yağları uça bilər. Soyuduqdan sonra onu süzün və bir limonu da onun üstünə sıxın, yarım stəkan da vodka əlavə edib soyuducudakı buz dondurucu üçün olan kubik qablara əlavə edin və qoyun donsun. Donmuş kütləni bir pambıq tər-təmiz əl dəsmalının içinə salıb üzünüzdə, boynunuzda gəzdirin. Proses 2-5 dəqiqədir, qan dövranı sürətlənir, məsamələr yığılır hətta yoxa da çıxa bilər, dəri sakitləşir, iltihab önləyicidir.
P.S. Unutmayın ki, maska edilərkən sadəcə üzə etmək olmaz, eyni zamanda boyuna da sürtülməlidir qulağın yaxın ətrafına hətta imkan varsa sinəyə də sürtmək lazımdır.Son zamanlar məşhur kosmetoloqların da bildirdiyi kimi, gözlər ən həssas bölgə yaratsa da azacıq göz altına da eyni maskadan vurmaq daha yaxşıdır. Ələxsus istirahətdir, maska qoyulmuş 20-30 dəq mütləq istirahət edin, arxası üstə uzanın, kitab oxuya yaxud müsbət auralı bir musiqi playlisti dinləyə bilərsiz.
😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.
It is good to start something new, if need extra information you can add some comments and I will answer.
0 comments