Dieta ⌇⌲⌇ Açar

April 27, 2018


Photo-Alisa Verner
 Hər kəs daha cazibədar bədənə qovuşmağı arzu edir amma çətinliyə dözmür.
Arıqlamaq və bədəninizdə həzz almaq üçün dieta, idman, masaj, sauna və sair üsullar çoxdur. Ən əl altda olan və sağlamı qidalanmaqdı, məşhur bir söz var nə yeyirsənsə elə osan(ondan ibarətsən). Donuz balası kimi qidalanmaq terzini=nə gəldi yeyim, həmişə acam tərzini ilk öncə tərgitmək lazımdı. Hər şey yemək olar amma qaydasında, uyğun porsiyada.
Dieta tək bədəni artıq çəkidən təmizləmir həm də ruhu arındırır.
Dieta saxlıyanda diqqət edin ki yemək öyünü arasında 5-6 saatlıq fasilə olsun, atışdırmaq üçün isə iki dilim portağal yaxud qreyfrut, bir kivi, xiyar yeyə bilərsiz. Qatıq da içmək olar amma ilıq su ilə qarışdırıb ayran kimi və içərisinə azca limon sıxmaq, nanə doğramaq və canınız çəkərsə sumaq da qata bilərsiz.


Əsasən yemək səhər və günortadan ibarət olur, səhər yeməyi saat 9da olmalıdır. Gerkules, südlü-tvoroqlu hər şey minik bir ovuc qoz, fındıq, kişmiş, bir sözlə hər cür çərəz, bir yumurta yeyə bilərsiz, çörəkdən uzaq olmaq lazımdır. Çörəyi qara undan (çovdar) bişirilmiş bir lavaş ilə əvəz edə bilərsiz, səhər yeməyində kərə yağı istifadə edə bilərsiz. Başlıca yemək yeyəndə ürəklə yeyin, özünüzü yeməyin!tabağınızdakı nemətləri yeyin!
Günorta yeməyi saat 2 yaxud 3 düşür. Bu vaxt artıq yediyinizə diqqət edin. Bir böyük qab çoban salatı, tərəvəz salatı( göyərtilər, kahı, brokoli buxarda bişmiş, turp= üstünə limon sıxın yoxdusa 2 dolu xörək qaşığı alma sirkəsi əlavə edin), bir böyük kasa sup( bulqur, qreçka supu ola bilər. yağ zeytun yağı olmalıdır, adam başı bir xörək qaşığıdır gündəlik zeytun yağı porsiyası, kök,yağsız mal əti, toyuğun döş əti, göyərtilərdən=ispanaq, petruşka, şüyüd, nanə və sairdən ibarət bişirə bilərsiz.)
Axşam saat doqquz isə axşam yeməyi zamanıdır və arıqlamağa niyyəti olan bilir ki, bu vaxt saat 6dan soraya düşdüyü üçün fərd kimi aktiv fəaliyyətdə olmuruq və nələrsə atışdırıb yola verməliyik. Atışdırmaq üçün bir yaxşı çaşka limonlu+darçınlı+zəncəfilli çay içmək olar bir neytral şirin xurma ilə(bu xurma dükanda satılır sarı rəngdə olur kg 5manatdı elə də baha deyil).
Digər atışdırmalıq 0.5 st su+0.5 st yağsız süd+0.5 st yağsız qatıq+bir xiyar+bir azca nanə doğrayıb qatın və için.
Detox suyu kimi isə hər gün yeməkdən yarım saat  əvvəl bir stəkan qaynadılmış petruşka+limon+kələm suyunu ilıq halda içə bilərsiniz.(qarın piylərini mükəmməl əridir)

Bu yazının ardı olacaq...


😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.




You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images