Güllərə qulluq
December 06, 2019
Otaq
yoldaşımız olan güllər bizi həm müsbət enerji ilə həm də bol oksigen
ilə təmin etməklə stress yorğunluğumuzu yumşaldır. Qərbi Avropa
ölkələrinin bir çoxunda batil inanc kimi çiçəklərin həm enerjisindən həm
də onların yaratdığı auradan istifadə məqsədi ilə bir çox evi
güllük-gülüstanlıq görmək olar.
Daha
sonrakı yazılarımda hansı bürcə hansı gülün enerji verdiyini, bizim
sözümüzlə düşərli olduğunu və daha bir sürü batil inanc haqqında
yazacam.
Bu
dəfə isə sadəcə onlara qulluq barəsində qeydlər etmək istərdim. Güllər
yarpaqlarından dolayı üç qrupa bölünür. Birinci qrup yarpağı olmayan və
tikanları olan scullent tipli güllərdir. Onlar çox sulanmağı sevmir,
adətən günəşli yeri sevir, mətbəxi sevir, orda buxar və pis qoxuları yox
edir. Elektromaqnit dalğalarının mənfi enerjisini yox etməyə
qadirdilər.
İkinci
tip güllər iri yarpağı olan güllərdir. Bu güllər bir qayda olaraq çox
su buxarlandırdığı üçün hətta qış aylarında belə həftədə minimum iki
dəfə sulanmağı tələb edir. bu güllər xoş enerji verməklə yanaşı həm də
oksigeni çoxaldır.
Üçüncü
tip güllər isə kaktuslar və enli yarpaqlılar arasında orta yəni aralıq
mövqe tutur. Bu tip gülləri sulamaq adətən onların torpağından asılıdır.
Torpağa yavaşca şəhadət barmağınız ilə yoxlayın əgər orda quruluq
müşahidə etdinizsə o zaman sulayın.
Sulamaq
haqqında qısa bir məlumat: otaq tempiraturunda bir qabda iki yaxud üç
gün saxlanmış su ilə sulamaq lazımdır. Torpağa çirin su (şəkərli su)
vermək qəti qadağandır bu bitkinin köklərini çürüdür.
Bəzi
güllər turş su sevir məsələn şeflera, onları sulayanda nəzərə almaq
lazımdır. Kartof yumurta suda bişirsəniz və ora duz əlavə etməsəniz
sonra soyumuş suyu eyni ölçüdə çiy su ilə qarışdırın və gülləri sulayın
bu bir gübrə olmaqla onların qayğısına qalacaq.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.
0 comments