Səməni cücərtmək
February 26, 2017
Novruz bayramı türk və fars xalqlarının əsas bayramlarından biridir. Bayramın mənası yeni ili, yazın gəlişini, baharın nəfəsini qeyd etməkdir. Adətən bayram yenilik getirir hər yerə.Ümumilikdə bayram 7 çərşənbə və öz günündən ibarətdir. Çərşənbələr bayrama hazırlıq üçün pilləkən kimidi.Bayramın əsas atributu səmənidir. Səməni evlərə ruzi-bərəkət gətirir və bəzi adamlar Vətənimizin müxtəlif əyalətlərində onu qoyarkən niyyət edib arzu tutur. Bayramdan 14 gun sonra isə səməni axar suya yəni çaya atılır.Uzatmadan keçirəm səməni qoymaq qaydasına.
Bir iri boşqab yaxud orta ölçülü sini üçün nəzərdə tutmuş olduğum resept burdadır.
Səməni
- 1.5 stəkan buğda
- su
- 1solfet yaxud marla
Hazırlanması:
Səməni üçün buğda dükandan alınır, 1kq qiyməti 50 qəpikdir. Onun bir ve yarım istəkanı iri bir boşqaba yaxud siniye tökülüb arıtlanır sonra kasa yaxud iri derin nimçəyə yığılıb yuyulur bir neçə dəfə və həmin kasada iki gün islağa qoyulur. Səməni üçün forma vermek istəyirsinizsə evdəki kağız üzərinə ürək, kəpənək, ulduz, hərf, rəqəm iri formada çəkilib kəsilir və böyük bir nimçəyə qoyulur, üzərinə ehtiyatla suda isladılmış buğda dənələri səpilir. Bunun üzərinə solfet yaxud marla açılır və üzərinə daim su səpilir, mən azı gündə 3dəfə su səpirəm və pəncərə kənarına qoymuşam.Səməni qoymaq üçün ideal vaxt su çərşənbəsindən bir həftə əvvəlki yalançı çərşənbədir, lakin bayramda ideal və tünd yaşıl səməni əldə edib qonaqları öz məharətinizlə təəccübləndirmək istəyirsinizsə səməniyə su çərşənbəsində başlayın! Yəni birinci çərşənbə sizə uyğundur. Eger daha sıx və daha yaşıl səməni arzu edirsinizsə onun altina yeni səməni qoyduğunuz boşqabın altına azacıq qara torpaq tökməyi unutmayın. Hazır səmənimizin də şəklini hər gün çəkirəm və time-laps formasında bu linkdə video şəklində yerləşdirəcəm.
Hamınızın evinə bolluq və bərəəkət arzusu ilə.. Hörmətlə GunelMagazine
💗💗💗
Bunu anam üçün qoymuşam və altına torpaq qoyulmuyub, qedimdeki kimi necə varsa elədir. |
Bu həmin ürəkdir şəkildəki,sadəcə qabın deyişib altına və üstünə torpaq səpmişəm. |
0 comments