Xəngəl üçün yaymalar

February 23, 2017

Xəngəl Azərbaycan mətbəxinə özəl xüsusi dad və təama məxsus bir yeməkdir. Xüsusən yurdumuzun Gəncə-Qazax bölgəsində və İravana aid əsas yeməklərinə daxildir, lakin hər bölgə üçün fərqlidir. 


  • Ətli xingal - Qoyun əti (mal əti də ola bilər) maşında çəkilir, ona baş soğan (azca qızardılmış), turşu və ədviyyatlar əlavə olunub qarışdırılır.
  • Maqashin xingal – Əvvəlcə baş soğan qızardılır. Şüyüd yuyulub xırda-xırda doğranılır. Bunlar birlikdə maqasha qatılaraq qarışdırılır.
  • Qabaxin xingal – Qoz ləpəsi maşından keçirilir. Qabax tam bişmiş halda qoz ləpəsiylə qarışdırılır. Üzərinə azca qızardılmış soğan əlavə olunur.
  • Cincarin xingal – Pörtlədilmiş təzə cincar ət maşından keçirilərək qoz ləpəsi və qızardılmış soğanla qarışdırılır. Həmçinin içərisinə zövqə uyğun ədviyyat da əlavə etmək olar.
Mən sizin üçün xəngəlin hazırlanmasına aid kündələrin yayılması və kəsilməsinə aid video paylaşıram. Bu video xanımlarımız və xəngəl bişirmək üçün yeni başlayan qabiliyyetli qızlarımız üçün maraqlı və öyrədici ola bilər.


Xəngəl resept üçün

2 yumurta
1 çay qaşığı təpələmə olmadan duz
1/2 (yarım) kq un
qulaq məməsi modundaç yeni yumşaq, lakin axıb ələ yapışmayan xəmir üçün su
sizə məsləhətim, suyu az-az tökmək.
1 istəkan un xəmir işləri üçün ( yaymaq-kəsmək üçün )

Hazırlanması


Xəmir yoğrulur, üstü təmiz çay dəsmalı ilə örtülür 20-30 dəq dinləndirilir.
sonra kesilir və yaymaq üçün ya dördayağın üzərinə ya da düz bir yerə alınır. Yayılıb kvadrat yaxud romb şəklində kəsilir.
Əvvəlcədən qaynadılmış su dolu( su+1 xörək qaşığı təpələmə duz)  böyük qazana birinci adam başına soyulub təmizlənib, dilimlənmiş bir kartof atılır.Ardınca su qaynaya-qaynaya ora bir-bir, tez-tez kesilmiş xəmir dilimləri atılır. Hamısı qazana atıldıqdan sonra 5 deq eger xemir qalın olubsa bişənə kimi qaynadılıb süzülür.
 Məsələn ailəniz 5 nəfərdən ibarətdirsə  hərəyə bir kartof və bir kündə nəzərdə  tutulur və bunun üçün ən iri qazan götürülür su isə ağzına qədər doldurulmur ki, bunlar atılanda daşmasın.
Süzülmüş yemək sinilərə ve ya dayaz iri nimçələrə çəkilir, belə desək yayılır və üzərinə sarımsaq-qatıq (5 döyülmüş sarımsaq, 1çimdik duz, 800 qr qatıq) ardınca soğança (kərə yağında qızardılmış zövqə görə iki yaxud bir iri soğan)tökülüb yayılır.

Xəngəlin mal-ətli yaxud toyuq əti ilə olan forması azacıq fərqlənir və ora kartof vurulmur.Mal-qoyun eti ile edildikde adambaşına hesablanmış ət və bir böyük soğan ətmaşınından keçirilir, duzlanır, zövqə görə istiotlanır tavada yarım stəkan su ilə bişirilir, yağa düşdükdə kərə yağı və bir baş iri soğan da narın doğranıb qovrulur. Xəngəl sinilərə çəkildikdə ya ayrı bir kasada sarımsaq qatıq qoyulur və bir başa yarpağın üzərinə qovurma səpilir ya da sarımsaq-qatıq yemeyin üzərinə gəzdirilib sonra qovurma əlavə olunur. Bəzi bölgələrdə məsələn Gədəbəydə bu qovurmaya tomat yaxud pomidor da vurulur.
Xəngəl toyuq-əti ilə edildikdə toyuq doğranıb yuyulur və 1+0.5 st su ile qazda qaynadılır, duzlanır və ətlər tavada soğanla qızardılıb nəhayət zövqə görə tomat və ya onsuz qaydasında
😊😊😊Sizə nuş olsun😋😋😋
👍Kimin bizimlə paylaşmağa bir fikri yaxud iradı varsa çəkinmədən yazsın👍




You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images