Mətbəxin hazırcavabı =kartof

March 01, 2017

Kartof ümumilikdə Azərbaycan mətbəxində özünəməxsus yer tutur çörək kimi. Qısa bir araşdırmadan sonra asanlıqla deyə bilərəm ki, Kartof yeməklərimizin 80% istifadə olunur.Buna misal olaraq İrəvan xəngəlini bozbaşı, Masis soğan bozbaşını, küftələri, Naxçıvan küftəsini, bəzi regionlarda şam kababı, aşlarımızda qazmağı, souslarımızı və sair kartofsuz təsəvvür etmək olmaz.

 Kartof mətbəxin ən hazırcavab ərzağıdır və istənilən aclığın öhdəsindən turşu assorti yaxud badımcan tutması ilə super gəlir.Mətbəxdə hər bir xanımın öz üslubu ilə qızartdığı kartof menyusu var ki, bunu heç vaxt paylaşmaz utanmaq yaxud da qısqanclıq səbəbi ilə. Lakin bu postumda,  mən sizinlə hər bir variantı paylaşmağa çalışacam və geriyə həmişəki kimi sirr qoymayacam.


İlk əvvə sizə lazım olan ərzaq miqdarını paylaşıram:
  1. Adam başına 1iri kartof götürülür (əgər ailəniz mənim kimi kartofa tutkuludusa onda adambaşına 2 kartof götürün,çünkü kartof qızaranda tamam çəki itirir və az qalır)
  2. Qızartaq üçün iki dolu xörək qaşığı kərə yağı
İndi gələk əsas məsələyə, ləzzətin düyün aldığı yerə*


  • Kartof qızardarkən daha ləzzətli olması üçün mütləq 1 xörək qaşığı kərə yağı atmaq mütləqdir.
  • Kartof qızardarkən altına yapışmasın deyə yağı əvvəlcədən töküb bərk qızdırmaq lazımdır.Qızmağını bilmək üçün bir dilim kartofı odun üzərində olan tavanın içindəki yağa salıb çıxarın əgər cızıldayıb köpük verdisə hazırdır, bütün doğranmış kartofu atmaq olar tavaya.
  • Əgər kartofu zeytun yağı ilə qzardırsınızsa, əsasən də extra virgin zeytun yağıdırsa ilk öncə yağı qızdırın ki iyisi -qoxusu getsin,bura yenə də kərə əlavə edin.
  • Kartofunuz qızararkən əzilirsə, dərd etməyin, bunun yağına əvvəlcədən mütləq 2 xörək qaşığı dolu bitki yağı( qarğıdalı, günəbaxan xüsusən də rafinə edilmiş) atmaq lazımdır.Onda nə sizi narahat edən qoxu  nə də dad olmayacaq.Sınanmışdır.
  • Kartofu nazik dilimlə yaxud da gombul alma dilimi kimi qızartmaq olar. Birinci halda onlar bir hissə xırt-xırt bir hissə isə püre kütləsi alacaq.
  • Qonaqlar üçün əzilməyən kartof qızartaq üçün dilimləri barmaq qalınlığında edin və duzluyub zövqə görə azacıq istiot vurub qızğın yağda orta odda bişirin.Bu vaxt nə əzinti nə də rəng problem olmayacaq üzü qızarmış içi isə pambıq kimi yumşaq olacaq amma bişəndən sonra qazı tamam alıb, aşağı xodda ağzı örtülü min3-max 5 dəq altını yandırmadan qoyun dəm alsın.Sizin kartof dillərə dastan olacaq.Qarantisi var.
  • Bəzi xanımlar özünə məxsus dad və sarımtıl rəng almaq üçün sarıkök istifadə edirlər. Müəyyən kütlə adamlar isə daldalığa düşən kimi bunu lağa qoyur, bu yolverilməzdir. Çünkü burda pis şey yoxdur, hər qadın bir cür bişirə bilər və nazlanmayın sizə verilən sarıköklü qızartmanızı iştahla yeyin, ən azı sarıkök qara ciyərə çox xeyirdir və onun süzülməsinə kömək edir.
  • Bir çox türk mətbəxinə heyran qadınlar kartofa ədva kimi pul bibər vururlar, bunu uçaqlar da çox sevir və bu da müəyyən qədər orqanəzmə xeyirdir və bunu da hazırlayıb yeməyən xanımlarımız mümkünsə top atəşinə tutmasın.
  • Kartof qızartmasına qış aylarında nazik doğranmış sarımsaq da vururlar bəzən uşaqlar da bunun üzərinə moyanez töküb yeyir, bu da isban sayağı salatın resepti ilə eynidir və çox xeyirdir.
  • Kartof qızarmağa az qalmış ona soğan əlavə edirlər bu da yeməyə iştah açıcı qoxu və ləzzət bəxş edir.
  • Qızarıb hazır olmuş kartofun dilimləri kənara çəkilir və üzərinə yağı çəkməsi üçün 2 yumurta gözcük şəklində bişirilir, bu xüsusən səhərlər və yaxud ac qarnına günorta yeməyi yeyən uşaqlarınız üçün çox xeyirdir, yumurtalar protein qaynağıdır və A vitamini iləzəngindir.
  • Qızarmış kartofun üzərinə parmezan pendiri tyorkadan keçirib onu sobada eritsək yenə bir qeyri-adi avropa dadında yemək əldə edərik.
    photo credit-Wallflowergirl.co.uk
Məndən hələlik bu qədər, əgər sizin də qeyri adi bir üsulunuz varsa , utanmayın buyurun bizimlə paylaşın!!!

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images