Qapaqlarla bağlı problemin HƏLLİ

March 04, 2017

Qapaqlar mətbəxdə ən müxtəlif üssullar ilə xanımların köməyinə gəlir. Onlardan qışa azuqə toplamaq üçün, soyuducuda yemək qalıqlarını, tomat pastasını, sarımsaqlı-qatıq qarışımını, qatıq, yoqurt, süd və sair lazımlı bankaların ağzını kip bağlamaq üçün istifadə olunur. Əsasən turşu və sarımsaqlı-qatıq bankaları qapaqla bağlandıqdan sonra onlara qoxu hopur və bu yuyulsa da getmir ki, gələn dəfə xanımlarımız hemin qapağı mürəbbə yaxud sadəcə qatıq üçün istifade etdikdə pis nəticələnir.


Qapaqlar üçün sizə problemdən ən SADƏ çıxış yolu tapmışam.Bunun üçün evdə olan plastik torba götürürük.Bizdə adətən çörəkdən qalan çoxlu plastik torba olur ki, bunları ən müxtəlif səbəblər üçün istifadə edirəm.Bu torbanı stolun üstünə qoyun üzərinə bir qapaq qoyun ve bu qapağdan qıraqları bir barmaq çox ölçüdə kəsin. Yeməyi, tomat, aciqanı, turşu yaxud elə sarımsaq-qatığı bankaya doldurub qapağı bağlamazdan əvvəl bu kəsiyi onun üzərinə qoyun və sonra qapağı bağlayın və uzun bir müddət qalsa da qapaq korlanmayacaq və nə qoxu nə də rəng ona çökməyəcək.
Hamımıza uğurlar xanımlar.








You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images