Körpələr üçün yemək reseptləri 😙💛😙

April 03, 2017

Körpələrə əlavə qidalar adətən 6 ayını tamamladıqdan sonra verilir. İlk altı ay, ancaq həkim məsləhəti ilə yaxud da sadəcə ana südü ilə qidalanmalıdır. Bu sizin orqanizminizin ve ya uşağın sağlamlığı ilə əlaqədar həkim tərəfindən müəyyən olunur. Altı ayını başa vurduqdan sonra isə körpəyə sağlıqlı evdə hazırlanan kaşa, püre və sair müxtəlif meyvə, tərəvəz, lifli dənli bitkilərdən olan qidalar vermək məsləhətlidir.


 

Uşağa yemək hazırlayarkən ilk əvvəl gigyena qaydalarına riayət etmək lazımdır.Əgər dırnaqlarnız uzundursa onları kəsin.Əllərinizi işə başlamazdan əvvəl sabunla yuyun.Hazırlayacağınız qidaları yaxşıca yuyun və yemək qoyacağınız uşaq qablarını qaynar suda qaynarlayın ki mikrob ve ya qurd uşağın orqanizmindən uzaq olsun.

Körpəniz üçün ilk reseptimiz*

Alma-Bananlı Püre
1 alma
1 banan
1/2 stəkan yumru düyü
Hazırlanması⇘

Düyü yuyulur və bir stəkan dolu su ilə qazançada həll(tam,yumşalıb əzilmiş) bişirilir.Bir alma yuyulub,qabıqlanır və rəndələnib bu düyü ilə qaynadılır texminən 5 dəq. Diqqət etmək lazımdır ki, yemək qazanın dibinə yapışıb yanmasıın. Bişdikdən sonra yerə qoyulur və banan soyulub çəngəl ilə tam əzilir və soyumuş yeməyə qatılır. P.S. bəzən buna 1 çimdik darçın da əlavə olunur.Körpəniz üçün vitamindolu qida hazırdır buyurun.😙

Körpəniz üçün ikinci reseptimiz*

Kartof-Noxudlu Püre
1 kartof
1/2 stəkan noxud
Hazırlanması⇘

Noxud yuyulur və bir stəkan dolu su ilə qazançada həll(tam,yumşalmış) bişirilir. Noxud bişdikdən sonra kəfgir ilə boşqaba yığılır və soyuyan kimi qabıqları arıtlanır.Bir kartof da yuyulub,qabıqlanır və dilimlənib noxudun suyunda qaynadılır texminən bişənədək(çöp batırsanız kartofa, rahatca deşilirsə demeli bişib). Diqqət etmək lazımdır ki, yemək qazanın dibinə yapışıb yanmasıın. Bişdikdən sonra yerə qoyulur, soyudulub blenderdə tam əzilir. Rahat əzilməsi üçün yeməyin suyundan bir neçə xörək qaşığı istifadə edə bilərsiniz. Bəzən yeməyi toyuq ətinin bulyonunda hazırlayırlar bu üsul da olduqca dadlı və körpəniz üçün sağlıqlıdır.  Körpəniz üçün kalorili qida hazırdır buyurun.😙

Körpəniz üçün üçüncü reseptimiz*

Kartof-köklü Püre
1 kartof
1 alma
1 kök
Hazırlanması⇘

Kartof, kök yuyulur soyulur ve bura soyulmuş, dilimlənmiş alma da qatılıb vam odda bişirilir.Bişdikdən sonra virka ilə əzilir əgər bərk olarsa bura yeməyin suyundan da qatmaq əlverişli və vitaminlidir.Bu körpəniz üçün desert-salat səviyyəsində bir qidadır və vitamin deposudur, dadı isə ləzizdir. Körpəniz üçün multivitamin qida hazırdır buyurun.😙



Körpəniz üçün dördüncü reseptimiz*

Zukini-Gülkələm Püre
2 kartof
1 zukini
1 st gül kələm
Hazırlanması⇘

Kartof, zukini(qabaşka,kabaçok deyirlər bəzi yerdə) yuyulur, təmizlənir ve bura doğranmış gülkələm də əlavə olunub vam odda bişirilir.Bişdikdən sonra blender ile tam ezilir. Əgər bərk olarsa bura yeməyin suyundan da qatmaq əlverişli və vitaminlidir.Bəzən bu brləşməyə 2 çay qaşığı əsl zeytun yağı da qatırlar.Körpəniz üçün sağlam və zəngin  qida hazırdır, buyurun.😙




Körpəniz üçün beşinci reseptimiz*

Bulyonda arpa sıyığı
1 kartof
1 kök
1 soğan
1/2 st arpa
Hazırlanması⇘

Mal yaxud toyuq eti bişirilir.Onun bulyonunda xırda doğranmış soğan və rəndələnmiş kartof,kök əlavə edilib qaynara düşən kimi yuylmuş kiçicik arpa yarmaları qaynayan qazançaya tökülür və həll bişir.Analardan kimsə körpəyə ət də vermək istəsə onu didikləyib daha sonra blenderdən keçirməlidir. Körpəniz üçün dadlı və zəngin  qida hazırdır, buyurun.😙



😙💛😙😙💛😙😙💛😙😙💛😙😙💛😙😙💛😙😙💛😙😙💛😙😙💛😙😙💛








You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images