Depressiyanı öldürməyin 101 yolu-3
April 11, 2017
21.
İnsanlar bumeranqdı, xasiyyətindən asılı olmayaraq sizin onlarda
buraxdığınız təəssüratı və izləri çox sonra xatırlayaraq geri dönürlər.Əgər siz
sevgilinizdən ayrılıb depressiyaya düşmüsünüzsə bu fikir sizə uyğundur.İnsanlar
sizin yerinizə qoymağa adam tapmayınca bumeranq kimi geri dönərlər.Siz hər
zaman xoşniyyətli olmağı unutmayın.
22.
Ümüdü itirmə, ruhun sağ qalsın, çünki ruh ən sonda da bir ümüdə bağlanıb tutunar və ümüd balaca işıq olsa da zamanla hər yeri aydınladar.
23.
Bu hələ son deyil,
depressiya varsa insan üçün hər üzləşdiyi acı əvvəlkindən daha ağrılı və əzablı görünür
amma çox da dərinə vurmayın siz
böyüyürsünüz və hər acı əslində bir təcrübədir və gələcəkdə həyatınız əngələ düşdüyündə zəif adam olmaq
yerinə dipədik ayaq üstə olmağı seçəcəksiniz.
24.
Musiqi
seçiminizə diqqət edin, sizi kövrəldən musiqiləri playlist’dən silin. BU
musiqilər neçə ki, sizin ölüm himninizə çevrilmiyib atın getsin.Bir şeydən ki,
fayda gəlməyə, dinləyəndə yaralarımızı qanada, qaşınmayan yerdən qan çıxara onu
nəyə görə sevə- sevə dinləyək AXI? Məgər biz axmağıq?oqədər dərdin içində bizə
bonus qəm-kədər lazım deyil.
25.
Güzgüyə baxanda hər gün gözəl olduğunuzu
beyninizdən keçirin.Hər dəfə marketə yaxud
yürüşə gedərkən nə qədər gözəl və cazibədar olduğunuzu
fikirləşin. Bilirəm çox gözəlsiniz
amma bunu xatırlayıb qeyd etməsəniz
olan-qalan özgüvən də adamı
atıb gedir...Bu fikrə ehtiyacınız olmayanda da istifadə edin,
çünki ən dərin yerdə mənəvi insan
özü-özünün necə olduğunu dərk etməlidi &
gözəl, yaraşıqlı, cazibədar olmağa ehtiyac
duyur.
26.
Üzgüçülük
kursuna yazılıb hər həftə ora gedə bilərsiniz. Su adamı
həm rahatladır həm də bu idmanın bir
növü olduğu üçün əzələlər işləyi və bədəndə müəyyən hormonlar fəaliyyətə başlayır, məsələn: dopamin, endorfin və sair.
27.
Ağ yaxud
qırmızı şərab için hər gün bir qədəh, bu vasitə də insanda əhval-ruhiyyəni qaldırır
və qətiyyən sərxoş etmir.
Ağ şərabı yüngül
tortla, qırmızı şərabı bir
makon və sair kimi
yeməklə istifadə edə bilərsiniz. Qiymətlər də o qədər baha deyil
7-8 manatdan başlıyır.Bu üsuldan istifadə etsəniz ilk üçr
gün bir qədəh, sonralar
isə iki gündən bir və şərab bitənə qədər isə üç gündən bir
istifadə edə bilərsiniz.
28.
Rəsm yaxud fotoqraf qabiliyyətiniz varsa NİYƏ YOX? Özünüzə dəyər verin və bir kursa başlıyıb yaxud internetdən bilgilər toplayıb fəaliyyətə keçin. Ən azı otağınız çəkdiyiniz rəsmlərlə siz istədiyiniz abu-havada super dizayn ediləcək.Fotolar sizin gözünüzün gördüyü ən möhtəşəm anlar olacaq və divarlara vurulacaq. İşi böyütmə istəsəniz yenə bir anı belə qaçırmayın, çəkdiyiniz işləri lalafo.az kimi internetden satış saytlarına
qoyub sata bilərsiniz.Siz özünüzə yetər ki dəyər verin
29
29. Zooparka getmək də qıraqdan
gülməli səslənə bilər amma, bu
üsulu sınamışam və uğulu
üsuldu.Birinci bakıdakı zoopark səhv eləmirəmsə Dədə Qorqud
parkına bitişikdir və orda süni
göl , bir sürü görməli mənzərə
yaradılıb. Zooparkda uşaqlar və heyvanların aurası adamı dəniz kimi
özünə çəkir, nəsə düşünməyə macal
vermir.Yaxşı olar ki, özünüzlə uşaq da götürəsiniz.
Uşaqlar və böyüklər üçün
unudulmaz&əyləncəli xatirələr buraxır
geriyə.Ordan
aldığım həzz izah
oluna biləyəcək bir
formadadır və ancaq
gedib özünüzün yaşaması tövsiyyə olunur.
30.
Hər bir adam depressya vaxtı bunu bilməlidir ki, bu əzablar gəldi
gerdərdir, yetər ki onun qarşısına çıxmağa adamda güc olsun.Kişinin başına hər
iş gələ bilər, məqsəd qoyub hər bir çətinliyi dəf etmək olar, necə deyərlər
igid odur atdan düşüb atlana..
Həyatda varıqsa hər şetin dadına baxa bilərik,
bu bizi biz olmaqdan çəkindirib qorxudub kiçildə bilməz.
0 comments