Körpələr üçün şirin pozlar

April 18, 2017


Uşaqları evdə tez-tez foto çəkməkdən ötrü müxtəlif pozlarda qoyub incidirik.Birinci, şəkil nə qədər canlı və dinamik olsa bir o qədər təbii olmalıdı.Uşağı bezdirməyə, ağlatmağa ehtiyac yoxdur sadəcə anı əbədiləşdirin və şəklini çəkin. Uşaqlar ən şirin və çəkici elə özlərinin təbii pozlarında olurlar. Körpələrin çılpaq ya da hamamda şəklini çəkərkən diqqətli olun ki, soyuğa verməyəsiniz. Körpələrin diqqətini çəkmək üçün adını çəkib sadəcə gülümsəyə bilərsiniz və bu uşaqda refleks yaradacaq, o sizə baxıb həm də gülümsəyəcək. Toyda yaxud bir şənlikdə körpəniz yorğun və ya xəstə olduqda onunla şahzadə kimi davranın, şəklini çəkib müəyyən poz verməsini istəməyin, bununla siz uşağı incitmiş olursunuz.

Uşaqların həm əyləncəsi həm də havası şarlaradır, sadəcə bir neçə şar alıb və onları doldurub uşağa versəniz unudulmaz şəkillər alınar. Öz eqonuzun xətrinə uşaqla pis davranıb onu şəkillərə poz verməyə məcbur etməyin, siz özünüz o zaman uşaq üçün nümunəsiniz. Körpənizin şəkillərini topla oynarkən, yaxud başı çay içməyə qarışanda, səhər yuxulu, axşama doğru evdə oyuncaqlarla oynarkən çəkə bilərsiniz.İşıqlandırmaya fikir verin ki, uşaq pəncərə önünə tərəf düşsün vəssalam şəkillər hətta adi telefon iə çəkilsə də möhtəşəm olacaq.Uşaqlara nəyi isə diqtə edəndə şirin diliniz ilə deyin onların sizə borcu yoxdu amma siz onlara qayğı və sevgi verməkdə borclusunuz. Unutmayın ki, canlı nümunəsiniz və böyüyər – böyüməz sizin kimi olacaqlar ya şirindilli ya da acıdil, aqressiyalı, yaxud eqoist və ya çox istiqanlı, adambaşa düşən. Sizə uğurlar əziz ANALAR! It is good to start something new, if need extra information you can add some comments and I will answer.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images