Buketini al-əlvan əbədi saxla!

April 22, 2017



Siz də əgər mənim kimi gül buketlərinizin əbədi qalmasın arzu edirsinizsə, bizə xoş buyurmusuz. Mənim üçün canlı güllərdən özəl və gözəl hədiyyə yoxdur onlar isə solub gedirlər buna rəğmən həmişə onları saxlamağa çalışmışam və beləcə illərlə xeyli təcrübə yığmışam.Gülləri aparıb vanna otağında saç lakı ilə yaxşıca laklayın, hər yerinə püskürdün və onu vazoya alın. Artıq hazırdı havada qurusa belə ləçəklər tökülməyəcək.



Güllərinizi tebii bir neçə qızılgüldən söhbət gedir, soyuducunun dondurma olan yerinde qapıya qoyub saxlaya bilərsiz yenə də ləçəklər tökülməyəcək.Gülləri söhbət kiçik çiçəklərdən gedir, ağır bir kitabın səhifələri arasına yığıb saxlaya bilərsiniz.Hər kitabları vərəqləyəndə o kitabdan xatirələr damlayacaq ətrafa.Onları iki qalın şüşə arasında da presləyib möhkəm çərçivələtdirib evdə otaqda ən möhtəşəm dekoru öz əlləriniz ilə yarada bilərsiniz.Borax20 vasitəsitəsilə gülləri olduğu rəngdə saxlamaq mümkündür, onlar necə varsa elə də quruyacaq sadəcə gözünüzə inanmayacaqsınız.Hətta sevimli toy buketinizi beləcə saxlaya bilərsiniz. Sizə buketin ölçülərinə uyğun olaraq borax məhsulu və plastik kontener(plastik qab, ağzı bağlana bilən) lazım olacaq. Güllərin saplağı çox uzundursa 2/3 hissəsin kəsin atın, plastik kontenerə əvvəlcə boraxdan tökün sonra isə gülləri düzün və belə-belə gülləri tamamilə bu quma basdırın və kontenerin ağzın bağlıyıb əl çatmaz bir yerə qoyun.7-10 gün müddətinə quruyacaq və çıxaranda ehtiyatla borax qumunu təmizləyin, işdi əgər ləçəklərə ziyan versəniz onu kiçik yapışqanla geri yapışdıra bilərsiz, amma adətən buna ehtiyac olmur. P.S. Kanteneriniz yoxdursa dərd etməyin karton qutu, ayaqqabı qutusu və sair də istifadə edə bilərsiniz yetər ki, ağzı bağlansın.


Wax vasitəsilə gülləri çox canlı və parlaq həmçinin ömürlük saxlamaq olar. Wax-mumdur və ağ parçalardan ibarət olur onu mikrodalğalı sobada yaxud da sobada əridirik. Kiçik bankacıqları yaxud da atmaq fikriniz olan butulkacıqları düzürük. İş masası bata bilər deyə əvvəlcədən qəzet, kağız, əlinizə keçən nə varsa sərilir. Qızılgüllər yaxud başqa uzun saplaqlı güllər 2/3 nisbətində saplaq kəsilib atılır. Ərimiş isti mum(100C) masaya qoyulur və gül üzü aşağı ona salınıb sonra mumu süzülüb 1-2 deq ərzində, soyuyanadək isə butulkacığa alınır. Hər butulkaya bir gül qoymaq məsləhətdi. Soyuyandan sonra onları götürüb istənilə dekorasiyada istifadə edə bilərsiniz. P.S. mum adətən soyadan alınan növdə istifadə edilir.




It is good to start something new, if need extra information you can add some comments and I will answer.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images