ŞÜŞƏ kimi DƏRİ

March 25, 2018




Hər bir qadının arzusu gözəl billur kimi dəriyə sahib olmaqdır. Dəridə əsas problemlərə məsamələr, qara nöqtələr və ləkə-çapıqlar aiddir.Sizə bu dəfə yazacağım reseptlər dərinizi daha gözəl və tərəvətli edəcək.


Quru dəriyə sahibsinizsə gündə 3 dəfə  üzünüzü südə batrılmış pambıqla dairəvi şəkildə hərəkət etdirərək masaj edin.

Dəriniz qurudursa bir fəsadı da qabıqlama olacaq, hətta qarışıq dəridə müəyyən nayihə qabıq qoya bilər, ev şəraitində zeytun yağını pambığa batırıb həmin yeri nəmləndirin, gündə bir dəfə etsəniz kifayətdir.

Yağlı dəriniz varsa,  bu da sizə bir neçə kasmetoloji üsul 💗
Bir xörək qaşığı quru maya limon suyunda açılır və üzünüzə şotka yaxud əllə çəkilib min 20 dəq max 30 dəq üzdə saxlanır və ilıq suyla yuyulur, yumşaq dəsmalla  tampun hərəkətlə qurudulur. Daha sonra xiyar maskası etmək olar ki dəri daha da təravətli olsun, bu proses həftədə 1-2 dəfə təkrarlana bilər.

Məsamələrə görə sadəcə panbığı alma sirkəsinə batırın və üzünüzü dairəvi hərəkətlə masaj edin, bunu gün ərzində iki dəfə səhər-axşam təkrarlamaq məqsədə uyğundur. Dəriniz həssasdırsa bir xörək qaşığı alma sirkəsinə bir xörək qaşığı su töküb proseduru edin. Bu həm də dərini mikro-bioloji mühütünü yaxşılaşdıracaq və dəriniz təravətli olacaq, məsamələr isə yığılacaq.Əsasən yağlı və qarışıq dəri üçündür, quru dəriniz varsa 20 dəq sonra üzünüzü ilıq suyla yuyub lasyon çəkin.


Səpkilərdə və sızağlarda isə bir neçə üsula əl ata bilərsiz. Kalendula nastoykasını pambığa batırıb səpkili nayihəyə sürtün, gündə bir neçə dəfə edin sızanağı qurudur. İki dənə aspirin yumrusunu əzib limon suyu ilə qatıb üzünüzə çəkin, dərialtı səpkilər və dərinin iltihablarına qarşı əvəzsizdir.20-30 dəq saxlayıb ilıq su ilə yuyun.

Dəriniz həssasdırsa epilyasiyadan dərhal sonra səpgilər əmələ gəlir, narahatlığ və kompleks yaradan bu halı asanca boro plus ilə aradan qaldırmaq olar, sadəcə epilyasiyadan 30 dəq sonra həmin nahiyəni bu mazla yüngülcə masaj edin və effekti özünüz görəcəksiniz.

Üzünüzü qidalandırmaq üçün e vitamini alıb (yağ formasında) hər gün yatmazdan əvvəl xəfif masaj hərəkətləri ilə dəriyə yedirməyiniz məsləhətdir.

Bu yazının ardı olacaq və yazı kasmetoloq rəfiqəmin köməyi ilə ərsəyə gəlmişdir.



😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.😵 😋Paylaşın ki, əzizləriniz də faydalansın.👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.👽
 🌙🌙🌙🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.
It is good to start something new, if need extra information you can add some comments and I will answer.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images