Baharda qayğı ilə dərimiz
April 12, 2018
Photo-Kaleidoscope |
Gözəl dəri həmişə hamının diqqət mərkəzində olub və hər kəs üçün onun sirri maraqlıdır. Sızaqlı və ləkəli-məsaməli dəri üçün maskalar verəcəm.
1.Vodka+Petruşka
Vodkanı bir az şüşə qaba tökün və içinə yuyulmuş, suyu qurudulmuş petruşka doldurun bir neçə gün saxlıyıb soyuducuda daha sonra istifadə etməyə balayın. Gündə üç dəfə üz və boyun dərisini bununla silin, möcüzəni özünüz görəcəksiniz.
2. Yaşıl çay+Çaytikanı yağı
Dəmlənmiş yaşıl çayla hər axşam üzünüzü dairəvi hərəkətlərlə silin. Dəri vitamin c alacaq və rahatlaşacaq daha sonra isə çaytikanı yağı ilə dərini azaca nəmləndirin.Yaşıl çayı dəmləyərkən ora portağal qabığı da əlavə edə bilərsiz.
3. Qaymaq(quru dəri üçün), qatıq(yağlı dəri üçün) ideal dəri yumşaltma və 1-2 ton açmaq üçün ən çox istifadə olunan metoddur, unutmayın ki, günəşə çıxan kimi dəri yenidən əvvəlki ləkələrini geri alacaq. Bunun yerine sadəcə xiyarı əzib ona limon vurub maska etsək daha yaxşıdır. Quru dəri üçün isə xiyar əzməsi və yumurtanın sarısını qatıb maska etmək məsləhətdir.
😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.
0 comments