Dövlət qulluğu müsahibəsinə hazırlıq

April 06, 2018




Dövlət qulluğuna hazırlaşmaq çox böyük səbr tələb edir. Burda savadlı və inadkar da olmaq lazımdır.İlk öncə hardan necə başlamaq lazımdır gələk ona-vakansiya seçərkən diqqət edin ki, sizin ixtisasınız ordakı tələbi qarşılasın. İkinci qulluq funksiyalarını tam əzbərləyin və o qulluq funksiyalarına görə tələb olunan bilikləri internetdə tapıb öyrənin, buna görə proqram qoyulmur. Ümumi, dövlət orqanı və vəzifə proqramlarını çox yaxşı öyrənin, unutmayın ki çoxlu adam sizin kimi kandidatdır və çoxluq Bakı şəhərini seçir. Çalışın sərbəst olun, suallar gələrkən əlinizə-ayağınıza yox suala diqqəti toplayın. Bilmədiyiniz sual olsa gülümsəyin və növbəti suala keçin, özünüzü itirsəniz digər suallara da cavab verə bilməyəcəksiniz.Heç nə bilməsəz belə özünüzlə fəxr edin ən azı bu çətinliyi gözə alıb cəhd etmisiniz!Ümumi proqramı bilmək həmişə köməyə çatır.
Ümumi proqram
1.    "Azərbaycan Respublikasının Konstitusiyası"
2.    "Dövlət qulluğu haqqında"Azərbaycan Respublikasının Qanunu
3.    "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu
4.    "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu
5.    "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu
6.    "Məlumat azadlığı haqqında"Azərbaycan Respublikasının Qanunu
7.    "Azərbaycan Respublikasında dövlət dili"
8.    "Azərbaycan Respublikasının dövlət rəmzləri"
9.    "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat" üzrə:
o     təlimatın tələblərinə riayət olunmasına nəzarət;
o    kargüzarlığın aparılması qaydalarına riayət olunmasına nəzarət, kargüzarlıq xidmətinin vəzifələri, mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemi;
o    göndərilən sənədlərdə göstərilən rekvizitlər, təşkilat daxilində sənədin razılaşdırılması və viza;
o     sənədlərin rəsmiləşdirilməsinin həyata keçirilməsi, sənədin imzalanması, sənədlərin təsdiq edilməsi, sənədlərə möhür vurulması;
o     təşkilatın adının və onun struktur bölməsinin adının yazılışı, böyük hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələr, vəzifə adlarının yazılışı;
o    sənədlərə edilən əlavələr, sənədlərə əlavə edilən qoşma;
o    qərarın, əmrin, protokolun, arayışın, aktın, məktubun mətni və hissələri;
o    sənədlərdə dərkənar, daxil olmuş sənədlərə rəhbərlik tərəfindən baxılması, sənədin icraçıları;
o    Sənədlərin icrasına nəzarətin təşkili Sənədlərdə xüsusi icra müddətinin müəyyən olunması.
Ədəbiyyat:
1.    Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il
2.    “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. 21 iyul 2000-ci il, № 926-IQ
3.    “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu. 31 may 2007-ci il, № 352-IIIQ
4.    “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu. 13 yanvar 2004-cü il, № 580-IIQ
5.    “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 sentyabr 2015-ci il,№ 1308-IVQ
6.    “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu. 19 iyun 1998-ci il, № 505-IQ
7.    “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 sentyabr 2002-ci il № 365-IIQ
8.    “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu. 8 iyun 2004-cü il № 683-IIQ
9.     Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanun ilə təsdiq edilmiş “Dövlət gerbi haqqında Əsasnamə”
10.    Azərbaycan Respublikasının 1991-ci il 5 fevral tarixli 17—XII nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət bayrağı haqqında Əsasnamə”
11.     Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli 525 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”
12.    Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
13.    www.dim.gov.az
14.    www.e-qanun.az


😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images