Peçenyadan sadə tort

June 10, 2018


 Çoxlu işimiz varsa, bizə bəzən əlüstü sadə və dadlı bir tort bişirmək lazım olanda -peçenyadan bunu hazırlaya bilərik.
Eti peçenyalarından istifadə etmək olar, amma qiymət ürək açan deyil-o pulun üstünə iki manat da qoyulsa elə tortu keyfiyyətli qənnadı dükanlarının birindən almaq olar.
Mən tort üçün konfelle pecenyasinin qara kakaolusunu istifadə edirəm və çox yumşaq tort alınır.

Bunun üçün iki paçka peçenya götürülür və bir çaşqada südlə acı kofe qatılb-bu peçenyalar şotka ilə nəmləndirilir.

Digər qabda iki paçka qaymaq və iki qutu qatlaşdırılmış süd çalınıb soyuducunun dondurmasına min 30 dəqiqəlik qoyulur.

Daha sonra qrağı açılıb bağlanılan bir qab yaxud da istediyiniz amma qıraqları hündür qab götürülüb içinə hazırlanmış çoxlu krem qatı və üzərinə peçenya düzülür. Daha sonra bir saatlıq soyuducuya qoyulur. Bu prosesi hemin qabı çıxarıb sadəcə qıraqlarını açıb, ya da ağzı üstə qabı tərs çevirib çıxarmaq lazımdır. Üzərinə kakao yaxud rəngli şəkərlər ələyə bilərsiz. Çox möhtəşəm olur.

Hətta ağ peçenyadan edib aralarına şokalat da edə bilərsiz. Tamamən sizin fantaziyanıza bağlı hər cür dadlı  gözəllik yarada bilərsiz.

photo karen. peçenyadan tort
Photo-Karen.K.



😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
 🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.




You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images