micellar suyu-evdə hazırla

June 14, 2018

Qızılgüllü micellar təmizləmə suyu üzü canlandırır, məsamələrə müsbət təsir edir. dərinin ümümi tonunu normallaşdırır, yağlılığı götürür, matlaşdırır, antibakterial sferada müdafiəsini təşkil edir. Xeyrini saymaqla bitməz, yaxşısı budur özünüz yoxlayın və çəkinməyin aşağıda commente yazın, biz də sevinək ki, kiməsə xeyrimiz dəydi.

Deyilənə görə, Kleapatra belə bir gözəllik düsturu kimi tez-tez bu üsuldan istifadə edirmiş.
İki böyük qızılgül götürülüb ləçəklənir, sonra yuyulub üzərinə bir stəkan su tökülüb təmiz və ağzı qapaqlı qazançada beş dəqiqə qaynadılır.
Soyumuş su süzülüb balaca şüşə butulkaya tökülür və üstünə max yarım stəkan vodka + yarım limon sıxılıb tökülür. Arzuya görə üz dəriniz çox yağlı və məsaməli isə bir limon istifadə edə bilərsiz. Minimum bir həftə soyuducunun aşağısında saxlanılır. (yaxşı olar ki iki həftə saxlansın) Daha sonra pambığa, yaxud pambıq disklərinə batırıb üzü silmək olar hər gün.

Hazırlanan tonik soyuducuda saxlanılmalıdır. Hazırladığınız toniki vodka şüşəsində də saxlamaq olar balaca və şüşə, plasmas qabda saxlamaq qəti qadağandır.

gunelmagazine


😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.



You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images