Üz dərisi tipinə görə maskalar

December 04, 2019



Hər bir qadın üçün gözəl sima və diqqət mərkəzində olub sevib-sevilmək ən arzu olunandır, hətta deyərdim qadın xoşbəxtliyidir. Dərinizə qulluq göstərməkdən ötrü ilk olaraq onun tipini müəyyən etməyiniz gərəkir.
Yağlı dəri bir qayda olaraq qulluq və diqqət görmədikdə müəyyən zaman sonra məsaməli və çirkli-yağlı dəriyə çevrilir.
Quru dəri isə öz növbəsində diqqətdən və qayğıdan məhrum olan kimi həm ləkələr həm də müxtəlif qabıqlarla mküşayət olunur.
Qarışıq dəri isə uzunmüddət sizdən dəstək almazsa həm qırışla həm də müxtəlif ləkə sızanaqla örtülə bilər.

Səhər duranda nazik salfet ilə üzünüzü silin orda tamamilə yağlılıq müşahidə etsəniz bu yağlı, quru olsa quru dərinin, alında yanaqların kənarında quru, burunun ətrafı yağlı boğaz yağlı olarsa qarışıq dəriniz vardır.


Qarışıq dəri üçün maska:
bir yumurtanı çalın içinə bir çimdik soda əlavə edin və həftədə iki dəfə üzünüzü bununla maska edin. Bu maska həm dərini təmizləyəcək, həm də ləkələri zamanla aparacaq, sızanaqların qarşısını alacaq.
Yağlı dəri üçün maska:
bir yumurta ağını və bir çay qaşığı limon suyunu, istəsəniz bir çimdik soda da bu qarışıma əlavə edərək yaxşıca çalın və həftədə iki dəfə olmaqla üzünüzü maska edin.
Bu maska dərini təmizləməklə yanaşı onun liftinqi baxımından da əhəmiyyətli olacaq və məsamələr əhəmiyyətli dərəcədə yığılacaq.
Quru dəri üçün maska:
bir yumurtanın sarısı və iki xörək qaşığı südü birlikdə çalın və 20 dəq üzdə salamaqla həftədə iki dəfə maska edin.
Bu maska ilə siz dərinin ehtiyacı olan maddələr ilə onu qidaklandırmış olacaqsınız və üçünüzün dərisi yumşalıb təravət əldə edəcək. Dəri elastikliyini geri aldığı üçün onun qırışlanması da azalacaq.


😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.





You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images