Güllərə qulluq

December 06, 2019


Otaq yoldaşımız olan güllər bizi həm müsbət enerji ilə həm də bol oksigen ilə təmin etməklə stress yorğunluğumuzu yumşaldır. Qərbi Avropa ölkələrinin bir çoxunda batil inanc kimi çiçəklərin həm enerjisindən həm də onların yaratdığı auradan istifadə məqsədi ilə bir çox evi güllük-gülüstanlıq görmək olar.

Daha sonrakı yazılarımda hansı bürcə hansı gülün enerji verdiyini, bizim sözümüzlə düşərli olduğunu və daha bir sürü batil inanc haqqında yazacam.
Bu dəfə isə sadəcə onlara qulluq barəsində qeydlər etmək istərdim. Güllər yarpaqlarından dolayı üç qrupa bölünür. Birinci qrup yarpağı olmayan və tikanları olan scullent tipli güllərdir. Onlar çox sulanmağı sevmir, adətən günəşli yeri sevir, mətbəxi sevir, orda buxar və pis qoxuları yox edir. Elektromaqnit dalğalarının mənfi enerjisini yox etməyə qadirdilər.
İkinci tip güllər iri yarpağı olan güllərdir. Bu güllər bir qayda olaraq çox su buxarlandırdığı üçün hətta qış aylarında belə həftədə minimum iki dəfə sulanmağı tələb edir. bu güllər xoş enerji verməklə yanaşı həm də oksigeni çoxaldır.
Üçüncü tip güllər isə kaktuslar və enli yarpaqlılar arasında orta yəni aralıq mövqe tutur. Bu tip gülləri sulamaq adətən onların torpağından asılıdır. Torpağa yavaşca şəhadət barmağınız ilə yoxlayın əgər orda quruluq müşahidə etdinizsə o zaman sulayın.
Sulamaq haqqında qısa bir məlumat: otaq tempiraturunda bir qabda iki yaxud üç gün saxlanmış su ilə sulamaq lazımdır. Torpağa çirin su (şəkərli su) vermək qəti qadağandır bu bitkinin köklərini çürüdür.
Bəzi güllər turş su sevir məsələn şeflera, onları sulayanda nəzərə almaq lazımdır. Kartof yumurta suda bişirsəniz və ora duz əlavə etməsəniz sonra soyumuş suyu eyni ölçüdə çiy su ilə qarışdırın və gülləri sulayın bu bir gübrə olmaqla onların qayğısına qalacaq.
 
😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images