­
Mutlu❤Cilt - Gunel Magazine








Mutlu❤Cilt

March 30, 2018


Photo-winonaramon


Dermatoloqlar həftədə 2 dəfədən çox yuyunmağı məsləhət görmür.
Hətta sizin hər gün səhər/axşam yaxud idmandan sonra çimmək adətiniz varsa bu da çox qısa olmalıdır. Səhər və ya axşam yuyunmaq bu bütövlükdə individual seçimdir. Əgər axşam duşdan sonra yuxunuz gəlir, daha yaxşı yatıb dincələ bilirsizsə, çoxlu enerji yığırsızsa axşam, yox əgər ki səhər çimən kimi daha gümrah energetik olursuzsa onda səhərləri tərcih edin.

Qadınlar üçün yuyunmaq kişilərə nisbətən bir az uzun məsələdi. Həmişə yuyunmağa saçlardan başlamaq lazımdır. Bədənin çirklənən yerini daha dərin təmizləmək lazımdır, hər bir şəxsə özəl dəyişir bu bölgələr. İntim bölgələri təmizləyərkən diqqətli olun onlar ən həssas və ən çox çirklənən yerlərdir. Sürtüb dərisini qoparmağa ehtiyac yoxdur, xüsusi gellər var ki, onlar sırf intim bölgələri təmizləmək üçündür və maraqlanıb sizə uyğun olanı alın.

Dabanınızı sürtün hər dəfə çiməndə, ayaqlarınıza diqqət edin. Adətən yaxşı yuyulmayan ayaqlarda göbələk xəstəlikləri yaranır. Çünki ora ən aşağı bədən hissəsidir və oranı təmizləmək yaddan çıxır.

Dərinizdə qaralan bölgələr, ləkələr varsa, yağlıdırsa hər  dəfə çiməndə birinci  deqtyarnıy sabunu (дегтярного мыла) ilə yuyunun, 1-2 dəqiqə dərinizdə qalsın sonra su ilə yuyunun. Hətta kürəkdəki səpgilərə qarşı da təsirlidir, əgər intim bölgə üçün istifadə edəcəksinizsə həftədə 3 dəfədən çox olmaz.

Güllü yaxud yağlarla aromat, şamlarla duş qəbul etmək, stressi öldürür, depressiyanı döyür, sizi sevir. Özünüzə dəyər verin arada vannanı bütöv yuyun və isti suyu doldurub (37-38 dərəcə selsi) içinə arzuladığınız qızılgül, romaşka( çobanyastığı) çiçəkləri tökün, rahatlaşmaq üçün azca qızılgül yaxud lavanda, argan yağı tökün və vannaya girin bir şam da yandırmağı unutmayın. Nə də olsa ananız sizi ikinci dəfə dünyaya gətirməyəcək.
Photo-winonaramon


😊Dostlar əgər bəyəndinizsə aşağıda buna uyğun emojidən istifadə edib münasibət bildirin.
😋Paylaşın ki, əzizləriniz də faydalansın.
👁Şikayət və təkliflərinizi yazmağı unutmayın.
🌙Sizin commentləri və fikirləri görmək bizim üçün xoşdur.

You Might Also Like

Popular Posts

Like us on Facebook

Flickr Images